• Bakı 16° C

    3.3 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

11 ildir itkin idi, doğranmış bədəni soyuducudan çıxdı - Türkiyədə müəmmalı qətl

DÜNYA

16 May 2025 | 20:23

11 ildir itkin idi, doğranmış bədəni soyuducudan çıxdı - Türkiyədə müəmmalı qətl

Türkiyənin Kırıkkale vilayətində ev sahibi kirayə verdiyi mənzilin soyuducusundan hissələrə ayrılmış kişi cəsədi tapıb.

Bakıvaxtı.az xəbər verir ki, ev sahibi kirayə haqqını ala bilmədiyi üçün kirayəşinlə əlaqə qurmağa cəhd edib.

Lakin telefona həmin şəxsin qızı cavab verib və anasının mayın 3-də öldüyünü deyib.

Bunun ardınca ev yiyəsi Kırıkkaleyə gedərək çilingərin köməyi ilə mənzilin qapısını açıb. İçəri girəndə soyuducuda zibil torbalarına yığılmış meyit tapıb. Evdə qan izləri və balta da aşkar edilib.

İlkin araşdırmalarda cəsədin 2014-cü ildən itkin kimi axtarışa verilən Hüseyn Okumuşoğluna aid olduğu müəyyən edilib. Meyitin uzun müddət dondurucuda saxlandığı bildirilir.

Hadisə ilə bağlı 4 şübhəli saxlanılıb.

Binanın sakinləri daha əvvəl kirayəşini görmədiklərini, qoxu və s. kimi şübhəli halla rastlaşmadıqlarını bildiriblər./“Qafqazinfo”


SON XƏBƏRLƏR

16 May 2025