• Bakı 20° C

    10.37 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Tehran bazarı fəaliyyətini dayandırıb

DÜNYA

15 Iyun 2025 | 17:09

Tehran bazarı fəaliyyətini dayandırıb

İsrailin İrana hərbi hava hücumlarının davam etməsi fonunda Tehranın böyük bazarı fəaliyyətini dayandırıb.

Bakıvaxtı.az xəbər verir ki, sahibkarlar mağazalarını bağlayaraq bazarı tərk ediblər.

Əlavə edək ki, hazırda İsrailin İrana hərbi hücumları davam edir. Tehran, Təbriz və digər şəhərlərdə partlayış səslərinin eşidildiyi qeyd olunur.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələri endirib. Zərbələr nəticəsində çoxlu sayda hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, SEPAH-ın Hərbi Hava Qüvvələri komandanı Əmir Əli Hacızadə, 9 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.


SON XƏBƏRLƏR

15 Iyun 2025