"Ölkəmiz terror boyunduruğundan qurtulduqca hər sahədə yüksələcək".
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində 15 iyul Demokratiya və Milli Birlik Günü ilə bağlı keçirilən mərasimdə çıxışında bildirib.
Onun sözlərinə görə, terrorsuz Türkiyə terrordan azad zonaya gedən yolu açır.
"Çoxqütblü dünyada Türkiyə yeni qütb kimi öz layiqli yerini tutacaq. Biz buna heç vaxt şübhə etmirik. Bizim millətimizə inamımız var", - deyə Türkiyə lideri vurğulayıb.
Murad Məmmədli