• Bakı 26° C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.9894

    RUB - 2.1364

İspaniyada davam edən meşə yanğınları nəticəsində ölənlərin sayı 3-ə çatıb

DÜNYA

14 Avqust 2025 | 16:12

İspaniyada davam edən meşə yanğınları nəticəsində ölənlərin sayı 3-ə çatıb

İspaniyada davam edən meşə yanğınları nəticəsində ölənlərin sayı 3-ə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, sonuncu ölüm hadisəsi Leon və Zamora ətrafında baş verən yanğınların söndürülməsi zamanı xəsarət alan 37 yaşlı könüllünün xəstəxanada vəfat etməsi ilə qeydə alınıb.

Rəsmilərin açıqlamasına görə, Kastilya və Leonda 11, Qalisiyada isə 16 nəfər yaralanıb, beş nəfərin vəziyyəti ağırdır.

Bildirilib ki, alovlar səbəbindən 10 mindən çox sakin evakuasiya olunub, bəzi yollar və dəmir yolu xətti bağlanıb.

Qeyd edək ki, Avropa İttifaqı İspaniyaya yanğınsöndürmə əməliyyatlarında dəstək üçün iki təyyarə göndərib.

Əli Hüseynov


SON XƏBƏRLƏR