• Bakı 21° C

    9.47 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Ukrayna Yaponiyadan böyük məbləğdə kredit alacaq

DÜNYA

13 Sentyabr 2025 | 15:23

Ukrayna Yaponiyadan böyük məbləğdə kredit alacaq

 Ukrayna 2025-ci ilin sonuna qədər Yaponiyadan 246,5 milyon ABŞ dolları məbləğində kredit alacaq.

Bakıvaxtı.az xəbər verir ki, Ukrayna müvafiq sazişi Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı ilə imzalayıb. Kiyev "Sağlam fiskal idarəetmə ilə bərpaya dəstək" (SURGE) proqramı çərçivəsində pul alacaq.

Gözlənilir ki, cari ilin sonuna qədər Ukraynanın dövlət büdcəsinə 229,7 milyon ABŞ dolları cəlb olunacaq, pulun qalan hissəsi - 16,8 milyon ABŞ dolları isə yaxın illərdə Ukraynanın kredit öhdəliklərinə xidmət xərclərinin azaldılması məqsədilə faizlərin kapitallaşdırılmasına yönəldiləcək.

Qeyd edək ki, SURGE layihəsi 2024-cü ildən Ukraynada həyata keçirilir.


SON XƏBƏRLƏR

12 Sentyabr 2025