• Bakı 13° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 35% artıb

DÜNYA

13 Oktyabr 2025 | 15:20

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 35% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Gürcüstana 220 168 nəfər səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatından məlum olur.

Ötən ilin eyni dövrünə nisbətdə Azərbaycandan qonşu ölkəyə səfərə yollananların sayı 56 961 nəfər və yaxud 34,9% artıb.

Hesabat dövründə Azərbaycan Gürcüstana səfər edən xarici ölkə vətəndaşlarının sayı baxımından V yeri tutub. Azərbaycanla yanaşı ilk beşlikdə Rusiya (1 245 744 nəfər), Türkiyə (963 633 nəfər), Ermənistan (720 114 nəfər) və İsrail (293 699 nəfər) yer alıb.

Bu ilin ilk doqquz ayı ərzində Gürcüstan ümumilikdə 6 109 755 nəfər beynəlxalq ziyarətçi qəbul edib ki, bu da illik müqayisədə 5,4% çoxdur. Turist səfərlərinin sayında rekord göstərici qeydə alınıb və tarixi maksimum 4,3 milyona bərabər olub.


SON XƏBƏRLƏR

15 Noyabr 2025