• Bakı 16° C

    2.47 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Ermənistanda 8-dən çox din xadimi istintaqa çağırılıb

DÜNYA

12 Noyabr 2025 | 11:32

Ermənistanda 8-dən çox din xadimi istintaqa çağırılıb

Ermənistan İstintaq Komitəsi erməni apostol kilsəsinin (EAK) və Araqatsot yeparxiyasının 8-dən çox din xadimini dindirilməyə çağırıb.

Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə vəkil Ara Zoqrabyan məlumat verib.

Vəkil qeyd edib ki, Araqatsot yeparxiyasının keşişləri ilə yanaşı, Eçmiədzinin yüksək rütbəli din xadimləri də İstintaq Komitəsinə çağırılıb.

"Onlar arxiyepiskop Natanın səs yazısı ilə bağlı cinayət işi çərçivəsində şahid qismində çağırılıblar", - o bildirib.

Oktyabr ayında mətbuatda yayılmış 2023-cü ilə aid səs yazısına əsasən, II Qareginin keçmiş əsa daşıyıcısı Aqan Ernjakyann Eçmiədzinin Xarici əlaqələr və protokol departamentinin direktoru arxiyepiskop Natan Ovannisyanla söhbətində katolikosun onu hökumət əleyhinə nümayişlərdə iştirak etməyə məcbur etməsindən şikayət edib.

Oktyabrın 17-də qalmaqallı səs yazısı ilə bağlı cinayət işinin açıldığı məlum olub.


SON XƏBƏRLƏR