Taylandın Baş naziri Anuthin Chanvirakun ABŞ Prezidenti Donald Trampla yerli vaxtla saat 21:20-də (Bakı vaxtı ilə saat 18:20) Tayland-Kamboca sərhədindəki vəziyyəti müzakirə etmək üçün telefon danışığı edəcəyini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Nation" qəzeti məlumat yayıb.
Baş nazir bildirib: "Prezident Trampa mövcud vəziyyət barədə məlumat verəcəyik, lakin bütün qərarlar Tayland hökuməti tərəfindən veriləcək. Biz Silahlı Qüvvələri dəstəkləyirik və onlara əməliyyatlar aparmaq səlahiyyəti veririk".
Bakı 



