• Bakı 17° C

    2.47 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Pezeşkian: "Xalq ac olanda ölkəni idarə etmək mümkün deyil"

DÜNYA

12 Noyabr 2025 | 11:45

Pezeşkian: Xalq ac olanda ölkəni idarə etmək mümkün deyil

İran Prezidenti Məsud Pezeşkian hökumətin xalqın sosial və iqtisadi problemlərinin həllinə yönəlmiş prioritetlərini vurğulayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Parlamentin plenar iclasında prezident bildirib ki, İran parlamenti hər həftə bir gününü insanların problemlərinə həsr etməyə çalışır:

"Xalq ac olanda ölkəni idarə etmək mümkün deyil. Bu ilin büdcəsi elə qurulmalıdır ki, insanların güzəranı əsas prioritet olsun. Əgər xalqın dolanışığını təmin etməsək, nəyə sahib olsaq da, hər şey mənasız görünəcək".

Pezeşkian, habelə, İranın zəif qalmasına imkan verməyəcəyini və milli birliklə ölkənin problemlərini həll etməyə çalışacağını qeyd edib.


SON XƏBƏRLƏR