Kolumbiya prezidenti Qustavo Petro ABŞ-nin narkotik daşıyan sürətli qayıqlara hücumlarını dayandırana qədər ölkəsinin hərbi qüvvələrinə ABŞ təhlükəsizlik orqanları ilə əlaqəni kəsməyi əmr edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib:
“Hərbi qüvvələr dərhal ABŞ təhlükəsizlik agentlikləri ilə bütün əlaqələrini dayandırmalıdır”,- Kolumbiya lideri qeyd edib.
Petro bildirib ki, narkotiklə mübarizə Karib dənizi xalqının insan hüquqlarına tabe olmalıdır.
Petro ABŞ-ni narkotik kartelləri əvəzinə kənd təsərrüfatı ilə məşğul olan kolumbiyalı fermerləri hədəfə almaqda günahlandırıb və Trampın hərəkətlərini müharibə cinayəti kimi qiymətləndirib.
Zeynəb Rzayeva
Bakı 



