• Bakı 16° C

    5.57 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0995

Tramp İsrail prezidentinə MƏKTUB yazıb: Netanyahunu BAĞIŞLAYIN

DÜNYA

12 Noyabr 2025 | 15:16

Tramp İsrail prezidentinə MƏKTUB yazıb: Netanyahunu BAĞIŞLAYIN

ABŞ prezidenti Donald Tramp israilli həmkarı İsaak Hertsoqa məktub ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail prezidentinin ofisi məlumat yayıb.

    Tramp məktubda Hertsoqdan korrupsiyada ittiham olunan İsrailin Baş naziri Benyamin Netanyahunu bağışlamağı nəzərdən keçirməyi xahiş edib.

    “Mən İsrailin ədliyyə sisteminin müstəqilliyini qəti şəkildə hörmət bəsləyirəm. Eyni zamanda düşünürəm ki, İsrailin sərt düşməni İrana qarşı da daxil olmaqla mənimlə birlikdə uzun müddət mübarizə aparmış Bibiyə qarşı (Netanyahu) qaldırılan bu məsələ siyasi, bəraət qazandırılması mümkün olmayan bir mühakimədir”, - Tramp məktubunda bildirib.

    Qeyd edək ki, Benyamin Netanyahu korrupsiyada günahlandırılır.

    İndiyə qədər onu bir neçə dəfə məhkəmədə dinlənilmə prosesi keçirilib.


    SON XƏBƏRLƏR