ABŞ Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş 2026-cı maliyyə ili üçün müdafiə büdcəsi qanun layihəsi Amerika administrasiyasına yeraltı nüvə sınaqları keçirməyə icazə verir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə cümə axşamı "The Washington Times" qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, Şimali Koreyanın 2006-2017-ci illər arasında keçirdiyi altı yeraltı nüvə sınağı səbəbindən ABŞ-nin müvafiq moratoriumu ləğv ediləcək. Bununla belə, büdcədə ABŞ tərəfindən digər növ nüvə sınaqlarına qoyulan qadağa saxlanılır. Senatın təsdiqindən sonra sənəd imzalanması üçün prezident Donald Trampa göndəriləcək.
Bakı 



