"ABŞ, əsasən vacib minerallara çıxış məsələsini həll etmək məqsədi ilə nadir torpaq metalları və süni intellekt (Sİ) üzrə koalisiya yaradır".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Politco" məlumat yayıb.
İddia edilib ki, ittifaq Avstraliya, İsrail, Sinqapur, Cənubi Koreya və Yaponiyanı bir araya gətirəcək. Nəşrin məlumatına görə, ABŞ prezidenti Donald Tramp "Çinin vacib minerallar üzərində dominant nəzarətinə və süni intellekt və digər texnologiya sektorları üçün mərkəz kimi artan roluna qarşı çıxmaq üçün" koalisiya yaradır.
Nəşr qeyd edir ki, Vaşinqtonun qərarı "ABŞ-nin Çinin süni intellekt və kvant hesablamalarına böyük investisiyaları ilə bağlı narahatlıqlarını əks etdirir. Bu da Çinə 21-ci əsr iqtisadiyyatında rəqabət üstünlüyü verə bilər.
Zeynəb Rzayeva
Bakı 



