• Bakı 15° C

    5.62 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1087

Şəmkirdə yol qəzasında xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB

HADİSƏ

27 Yanvar 2026 | 12:41

Şəmkirdə yol qəzasında xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB

Şəmkirdə ölümlə nəticələnən yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb.

Şəmkir Rayon Mərkəzi Xəstəxanasından Bakıvaxtı.az-a verilən məlumata görə, yanvarın 26-da saat 22:50 radələrində Şəmkir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 4 nəfər (3-ü kişi, 1-i qadın) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.

Onlara bədənin müxtəlif nahiyələrinin sıyrığı və küt travması diaqnozu təyin edilib. Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

Hadisə nəticəsində 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

***

10:27

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, rayonun İrmaşlı kənd sakinləri, 1992-ci il təvəllüdlü Rüstəmli Vüsal Zöhrab oğlunun idarə etdiyi "VAZ"-2110 və Şiştəpə kənd sakini, 1991-ci il təvəllüdlü Hüseynov Orxan Qoşqar oğlunun idarə etdiyi "Mitsubishi" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində "VAZ"-2110-un sürücüsü ölüb, sərnişini, 2020-ci il təvəllüdlü Rüstəmli Adəm Vüsal oğlu xəsarət alıb.

Fakt araşdırılır.


SON XƏBƏRLƏR