• Bakı C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 2.0185

    RUB - 2.2222

Kolumbiyada da ASAN Xidmət açılacaq

SİYASƏT

27 Yanvar 2026 | 13:36

Kolumbiyada da ASAN Xidmət açılacaq

Bu ilin 14 yanvar tarixində Pakistanın İslamabad şəhərində “ASAN xidmət” mərkəzinin açılış mərasimi keçirildi.  Açılış mərasimində qeyd olunmuşdu ki, hazırda 6 ölkədə (Uqanda, Özbəkistan, İndoneziya, Əfqanıstan, Efiopiya və Pakistan) “ASAN xidmət” modeli əsasında mərkəzlər fəaliyyət göstərdiyi bildirildi.

Bakıvaxtı.az xəbər verir ki, Modern.az milli brendimiz olaraq ASAN intellektual məhsulunun başqa hansı ölkələrə ixrac ediləcəyini müəyyənləşdirməyə çalışıb.

ASAN Xidmətdən bildirilib ki, Dövlət Agentliyi 30-dan çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalayıb. Bu çərçivədə, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan İslam Respublikası, Qırğız Respublikası, Qazaxıstan Respublikası, Efiopiya Federativ Respublikası, Özbəkistan Respublikası, Rumıniya, İndoneziya, Kolumbiya, Kamboca, Seneqal, Ruanda, Uqanda və s. kimi ölkələrin müvafiq sahələr üzrə fəaliyyət göstərən qurumları, eləcə də Birləşmiş Millətlər Təşkilatı, ICESCO və İslam İnkişaf Bankı (IsDB) ilə ASAN modelinin ixracı ilə bağlı imzalanmış sazişləri qeyd etmək olar.

"Ölkəmizin intellektual brendi olan “ASAN xidmət” təcrübəsi Avropa, Asiya və Afrika qitəsindən sonra Amerika qitəsində də tətbiq olunacaq", - deyə açıqlamada qeyd olunub.


SON XƏBƏRLƏR