• Bakı C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 2.0185

    RUB - 2.2222

İran ətrafında gərginlik: Azərbaycan hadisələrin inkişaf ssenarilərinə hazır olmalıdır

SİYASƏT

27 Yanvar 2026 | 17:23

İran ətrafında gərginlik: Azərbaycan hadisələrin inkişaf ssenarilərinə hazır olmalıdır

“İran bizim yaxın qonşumuzdur və orada 40 milyondan çox Azərbaycan türkü yaşayır”.

Bunu Bakıvaxttı.az-a açıqlamasında politoloq Qulamhüseyn Əlibəyli deyib.

Ekspert bildirib ki, İrana hər hansı müdaxilə istər-istəməz Azərbaycan Respublikasına da təsir göstərəcək:

“Bu baxımdan biz hadisələrin mümkün inkişaf ssenarilərinə hazır olmalıyıq. Əlbəttə xarici müdaxilənin İranda demokratik proseslərə rəvac vermək, insan hüquqlarını qorumaq, siyasi və iqtisadi islahatlara başlamaq niyyəti ilə edildiyini düşünmək sadəlövhlük olardı. Müdaxilə edən dövlətlərinin hər biri İranda özünün geosiyasi maraqlarını təmin edən bir hakimiyyət görmək istəyir. Bu mənada həmin maraqlar üst-üstə düşməyə də bilər”.

Müsahibimiz qeyd edib ki, xarici dövlətlərin geosiyasi maraqları İrana hərbi müdaxilə ehtimalını artırır:

“Lakin İran əhalisinin ABŞ və İsrailə münasibətini nəzərə alsaq, Venesuelada olduğu kimi bir əməliyyatın keçirilməsi və ya genişmiqyaslı hərbi müdaxilə və müharibə ehtimalının çox da böyük olmadığı qənaətinə gəlmək olar. İndiki böhran şəraitində ABŞ və İsraillə İranın genişmiqyası müharibə aparmaq imkanı olmasa da belə bir müharibənin İranda rejim dəyişikliyinə gətirib çıxaracağı mümkün görünmür”.

Qulamhüseyn Əlibəyli: Hərbi müdaxilə və müharibə bütövlükdə  region üçün də son dərəcə təhlükəlidir

Q.Əlibəyli əlavə edib ki, müharibəykə bağlı İranda ciddi müqavimətin olacağı və mövcud rejimə etirazların istiqamətini ABŞ və İsrailə qarşı yönələcəyi şübhəsizdir:

“Digər tərəfdən genişmiqyaslı hərbi müdaxilə və müharibə təkcə İran üçün deyil, bütövlükdə  region üçün də son dərəcə təhlükəlidir. Lakin bu yaxınlarda olduğu kimi qısamüddətli hərbi əməliyyatlar, xüsusən də raket hücumlarını isə istisna etmək olmaz. Qısamüddətli hərbi əməliyyatlar mövcud rejimi daha da zəiflətmək, tədricən çökdürmək və ya dəyişdirmək, o cümlədən bütövlükdə İranı xaos vəziyyətinə gətirmək məqsədilə həyata keçirilə bilər”.

Qulamhüseyn Əlibəyli bildirib ki, zəifləmiş rejim və ölkənin xaaos vəziyyətinə gətirilməsi ABŞ və İsrailin İranla bağlı geosiyasi maraqlarının təmin olunması üçün üçün əlverişli zəmin yarada bilər.

Aydın Baxış


SON XƏBƏRLƏR