• Bakı C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 2.0185

    RUB - 2.2222

Narkotiklərin satışını həyata keçirən 6 nəfər saxlanıldı

HADİSƏ

27 Yanvar 2026 | 16:00

Narkotiklərin satışını həyata keçirən 6 nəfər saxlanıldı

Bakıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə təqsirləndirilən 6 nəfər həbs olunub.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı paytaxt ərazisində narkotiklərin satışını həyata keçirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Əliş Əliyev, Daşqın Rzayev, Miryusif Abbasov, Yusif Rəhimov, Mahmud Nəzərov və Ülviyyə Aslanova tutulublar.

Onlardan 21 kq marixuana, heroin, metamfetamin və 246 ədəd psixotrop tərkibli həb aşkarlanıb. Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisində narkotiklərin əlbəəl satışı və qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb və onların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


SON XƏBƏRLƏR