• Bakı C

    5.62 m/s

  • USD - 1.7

    EUR - 2.0051

    RUB - 2.2274

8 aylıq hamilə xəstəxanada öldü - YENİLƏNİB

HADİSƏ

26 Fevral 2026 | 13:05

8 aylıq hamilə xəstəxanada öldü - YENİLƏNİB

Sumqayıt Tibb Mərkəzi 8 aylıq hamilənin xəstəxanada ölməsi ilə bağlı məlumat yayıb.

Qurumdan Bakıvaxtı.az-a bildirilib ki, fevralın 26-sı saat 02:00 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1996-cı il təvəllüdlü qadın hospitalizasiya olunub.

Pasiyentə naməlum mənşəli komatoz vəziyyət, aqonal hal diaqnozları təyin edilib və zəruri tibbi yardım göstərilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun saat 02:30 radələrində bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Ölümün dəqiq səbəbləri təşrihin nəticələrindən sonra məlum olacaq.

***

12:43

Sumqayıt şəhərində 8 aylıq hamilə xəstəxanada həyatını itirib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasında (TTYX) qeydə alınıb.

32 həftəlik hamilə olan 1996-cı il təvəllüdlü Ayşa Əfəndi qızı Andriaşvili komatoz vəziyyətdə Sumqayıt şəhər TTYX-a çatdırılıb.

O, tibb müəssisəsində qəflətən ölüb.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır./Report


SON XƏBƏRLƏR

25 Fevral 2026