Bakıda 65 yaşlı kişi küçədə ölüb.
Bakıvaxtı.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında paytaxtın Yasamal rayonu İzmir küçəsində baş verib.
Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü İlqar Yolçu oğlu Omarov küçədə özünü pis hiss edib. İlkin məlumata görə o, ürək çatışmazlığından hadisə yerində həyatını itirib.
Araşdırmalar aparılır.
Bakı 




