• Bakı C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 2.0185

    RUB - 2.2222

Aram Sarkisyan yenidən Baş nazir olmaq istəyir

DÜNYA

27 Yanvar 2026 | 13:49

Aram Sarkisyan yenidən Baş nazir olmaq istəyir

Ermənistanda keçiriləcək parlament seçkilərində Respublika Partiyasının Baş nazirliyə namizədi partiyanın lideri, keçmiş Baş nazir (1999-2000) Aram Sarkisyan olacaq.

Bakıvaxtı.az “Armenpreess”ə istinadən xəbər verir ki, Sarkisyan bu barədə partiyanın "Facebook" səhifəsində yerləşdirilən videoda bildirib.

    “Partiyamız bu məsələ ilə bağlı çoxdan qərar verib və bu mövzu rəsmi olaraq müzakirəyə çıxarılacaq: mən mütləq Baş nazirliyə namizəd olacağam və düşünürəm ki, bu, təbiidir”, - Sarkisyan qeyd edib.

    Aram Sarkisyan əlavə edib ki, ölkə parlamentində Qərb dəyərlərinə tam uyğun bir qüvvə görmək istəyir. (apa)


    SON XƏBƏRLƏR