İraqın sabiq Prezidenti Bərham Saleh BMT-nin yeni Qaçqınlar üzrə Ali Komissarı olacaq.
Bakıvaxtı.az "Reuters"a istinadən xəbər verir ki, bu barədə BMT-nin saytında dərc edilmiş müvafiq sənəddə deyilir.
Agentlik qeyd edib ki, qəbul edilən qərar bu vəzifəyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına ən çox pul ayıran ölkələrin nümayəndələrini təyin etmək ənənəsini pozur.
B.Saleh bu vəzifəni 2016-cı ildən tutan italiyalı Filippo Qrandini əvəz edəcək. O, 5 il müddətinə nəzərdə tutulan vəzifəsinin icrasına 2026-cı ilin yanvarından başlayacaq.
Sənədə əsasən, Bərham Salehin təyinatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsi tərəfindən təsdiqlənməlidir.
Qeyd edək ki, Bərham Saleh 2018-2022 illərində İraqın Prezidenti olub.
Bakı 



