Ötən il əlilliyin qiymətləndirilməsi və reabilitasiya xidmətləri əhatə və say baxımından əhəmiyyətli dərəcədə genişlənib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədri Ramin Rzayev əlillik və reabilitasiya sahələrində aparılan islahatlar, hərbi xidmətə çağırılanların yekun tibbi müayinəsi sahəsində ötən il görülmüş işlər və 2026-cı ilin hədəflərinə həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib.
Sədr bildirib ki, 2025-ci ildə Agentlik tərəfindən 54,5 min şəxsə əlillik təyin edilib. Onlardan 25,3 min nəfərə ilkin, 29,2 min nəfərə isə təkrar əlillik müəyyən olunub:
“Əlilliyin qiymətləndirilməsi prosesi tam şəffaf və elektron sistem üzərindən həyata keçirilir və vətəndaşlar qərarlar barədə operativ şəkildə məlumatlandırılır”.
Zeynəb Rzayeva
Bakı 




