Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun cinayət işi üzr ə növbəti məhkəmə prosesi keçirilib.
Bakıvaxtı.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə Rüfət Səfərovun vəkillərinin suallari ilə davam edib. Zərərçəkən Natiq İmamquliyev Rüfət Səfərov tərəfindən döyülərkən çənəsinin qırıldığını desədə buna görə hansı müalicə müəssisəsində müalicə olunduğu deməyib.
Təqsirləndirilənin vəkillərinin zərərçəkənin Rüfət Səfərova verdiyi 60 min manatın mənbəyin barədə sualının dövlət ittihamçısının təklifi ilə çıxarılması təqsirləndirilən Rüfət Səfərovu özündən çıxardıb.Buna görə də prosesdə Rüfət Səfərovla prokuror arasında gərgin mübahisə yaranıb.Hakimin xəbərdarlığına baxmayaraq mübahisə edən tərəfləri sakitləşmədiyindən proses vaxtından əvvəl qeyri-müəyyən vaxta dək təxirə salınıb.
Qeyd edək ki, 2024-cü il dekabrın 3-də Natiq İmamquliyev Rüfət Səfərov barəsində Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə şikayət edib. Natiq İmamquliyev şikayətində 60 min manatını Rüfət Səfərovun ələ keçirdiyini iddia etməklə yanaşı onunla insident zamanı xəsarət yetirməyinidə bildirib Rüfət Səfərov isə onu ilk dəfə gördüyünü və tanımadığını deyib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) 127.2.3-cü (ümumi təhlükəli üsulla və yaxud xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.
Bakı 




