• Bakı 28° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Hakan Fidan HƏMAS nümayəndələri ilə görüşdü

DÜNYA

27 Yanvar 2026 | 00:40 | Müəllif: Subhan Mahmudov

Hakan Fidan HƏMAS nümayəndələri ilə görüşdü

Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada HƏMAS-ın Siyasi Bürosunun üzvü Xəlil əl-Heyyənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Görüşdə Qəzza sülh planının ikinci mərhələsi, anklavda humanitar vəziyyət və digər regional məsələlərlə bağlı müzakirə aparılıb.

Hakan Fidan Türkiyənin Sülh Şurası başda olmaqla, digər platformalar vasitəsilə Qəzza sakinlərinin hüquqlarını müdafiə etməyə yönəlmiş diplomatik fəaliyyəti barədə məlumat verib.

Nazir Türkiyənin Qəzzaya lazımi humanitar yardımın çatdırılması üçün səylərini qətiyyətlə davam etdirəcəyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026