• Bakı 21° C

    1.73 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

"Çevik" niyə saxlanılıb?

SİYASƏT

15 Sentyabr 2026 | 10:05 | Müəllif: Əli Hüseynov

"Çevik" niyə saxlanılıb?

Xəbər verdiyimiz kimi, DTX tərəfindən saxlanılan Bağırov Məqsəd Məcid oğlu və Bilalov Kamran Ramiz oğlu barəsində həbs qətimkan tədbiri seçildiyi barədə məlumat yayılıb.

Bakıvaxtı.az-ın “Unikal”a istinədən məlumatına görə, Məqsəd Bağırova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283.1-ci, Kamran Bilalova Cinayət Məcəlləsinin 283.2.1-ci maddəsi ilə ittiham elan edilib.

Elan edilmiş ittihama əsasən, Kamran Bilalov Məqsəd Bağırovun aşkar surətdə, o cümlədən mediadan istifadə etməklə cəmiyyətdə dini nifrət və düşmənçilik salınması ilə bağlı  videolar yayaraq nümayiş etdirdiyi dini baxışlarına görə ona qəsdən ictimai yerdə zor tətbiq etməklə müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək dini zəmində düşmənçilik salınmasına yönələn hərəkətlər törədib.

Qeyd edək ki, Məqsəd Bağırov özü də insanların dini inanclarını, ibadət yerlərini təhqir edən ifadələr ehtiva edən videolar yaymaqla cəmiyyətdə dini zəmində düşmənçilik salınması ilə bağlı əməllərin törədilməsində şübhəli bilinərək həbs edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026