• Bakı 12° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ceyhun Bayramov kiprli həmkarı ilə müzakirə apardı

SİYASƏT

24 Sentyabr 2026 | 00:35 | Müəllif: Subhan Mahmudov

Ceyhun Bayramov kiprli həmkarı ilə müzakirə apardı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Kiprin xarici işlər naziri Konstantinos Kombosla görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında paylaşım edilib.

Görüş zamanı tərəflər siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.

Nazirlər, həmçinin Azərbaycan–Avropa İttifaqı əməkdaşlığı gündəliyi, regional proseslər, eləcə də Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində aparılan səylər barədə fikir mübadiləsi aparıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026