• Bakı 23° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

"Uşağa antibiotik verməyin!" 

CƏMİYYƏT

23 Sentyabr 2026 | 15:26 | Müəllif: Zeynəb Rzayeva

"Uşağa antibiotik verməyin!"

“Virus infeksiyasına yoluxan uşaqlara antibiotik verməkdən çəkinmək lazımdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Günay Salehova qurumun “İnstagram” səhifəsində keçirilən canlı yayımı zamanı deyib.

Onun sözlərinə görə, qrip virus mənşəli infeksiya olduğundan belə hallarda antibiotiklərin istifadəsi əsas müalicə yanaşması deyil. O, valideynləri uşağa həkim tövsiyəsi olmadan antibiotik verməməyə çağırıb.

Pediatr deyib ki, qrip virusdur. Burada bizim heç bir antibiotik düşünmək ehtimalımız yoxdur:

"Təbii ki, maye, vitamin C tərkibli meyvə-tərəvəzlər və digər dəstəkləyici vasitələr tövsiyə edirik. Lakin antibiotikdən hər bir valideynə uzaq durmağı tövsiyə edirik”.

Dediyinə görə, virus infeksiyası zamanı uşağın immun sisteminin infeksiyaya qarşı təbii cavab reaksiyasının formalaşmasına imkan vermək vacibdir.

Pediatr qeyd edib ki, hərarət zamanı da valideynlər tələsik qərar verməməlidirlər. Bəzi uşaqlarda yüksək hərarətin qarşısının alınması və müalicəsi həkim nəzarəti tələb edir.

“Bəzi uşaqlarda hərarətin qalxmasına artıq həkim nəzarətində icazə vermirik. Lakin sağlam uşaq qrip infeksiyasına yoluxubsa, valideynlər aptekə qaçaraq antibiotik və ya digər dərman vasitələri almağa çalışmamalıdırlar. Əksinə, uşağın immun sisteminin virusla mübarizə aparmasına imkan vermək lazımdır”, - deyə pediatr vurğulayıb.

Günay Salehova əlavə edib ki, uşağın xəstəlik zamanı vəziyyəti həkim tərəfindən qiymətləndirilməli və dərman vasitələri də mütəxəssis tövsiyəsi əsasında istifadə olunmalıdır.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR