• Bakı 25° C

    5.99 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Onlar qanunsuz formada "neqodnu" olmaq istəyib

CƏMİYYƏT

15 Sentyabr 2026 | 10:50 | Müəllif: Əli Hüseynov

Onlar qanunsuz formada "neqodnu" olmaq istəyib

Hərbi çağırışdan boyun qaçıran şəxslər barəsində cinayət işi başlanıb.

Bu barədə Bakıvaxtı.az-a Hərbi Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş materiallar üzrə araşdırma aparılıb.

Nəticədə iki çağırışçının tibbi müayinələrin nəticələrinə əsasən hərbi xidmətə yararlı hesab olunduqları halda, qanuni əsas olmadan növbəti hərbi çağırışdan boyun qaçırmaları faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Qeyd edilib ki, qanuni əsas olmadan hərbi çağırışdan boyun qaçıran şəxslərin barəsində ciddi tədbirlər görüləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR