Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə qarışıq dinamika qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin” son 24 saatda 0,17% bahalaşaraq 77 682,59 ABŞ dollarına yüksəlib.
Bazar kapitallaşmasına görə ikinci ən böyük kriptovalyuta olan “Ethereum” isə 0,50% ucuzlaşaraq 2 499,18 dollara enib. “Zcash” 2,56% bahalaşaraq 1 141,18 dollara yüksəlib. BNB 0,18% azalaraq 720,97 dollara, “Monero” 2,15% geriləyərək 513,61 dollara düşüb.
Digər aktivlərdə də əsasən eniş qeydə alınıb. “Bittensor” 1,93%, “Bitcoin Cash” isə 0,76% ucuzlaşıb.
Qızıl əsaslı kriptovalyutalarda da azalma davam edib. “PAX Gold” (PAXG) son sutkada 0,67% azalaraq 4 305,35 dollara, “Tether Gold” (XAUT) isə 0,63% geriləyərək 4 302,53 dollara enib.
“CoinMarketCap 20” indeksi 0,26% artaraq 160,93 bənd təşkil edib. “Bitcoin”in bazar kapitallaşması isə 1,56 trln. dollar səviyyəsindədir.
















