• Bakı 17° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib

SİYASƏT

18 Sentyabr 2026 | 14:55 | Müəllif: Əli Hüseynov

Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib

Slovakiyanın Baş naziri Robert Fitso xəstəlik səbəbindən Ukraynaya planlaşdırılan səfərini ləğv edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Tasr.sk" Ukrayna mənbələrinə istinadən məlumat yayıb.

"Slovakiya hökuməti dəftərxanasından alınan məlumata görə, Ukraynada Fitsonu Xarici İşlər və Avropa Məsələləri Nazirliyinin dövlət katibi Marek Eştok təmsil edəcək", - məlumatda bildirilib.

Ukraynaya, həmçinin Slovakiyanın biznes missiyası da yola düşüb.

Fitso Ukraynada Prezident Volodimir Zelenski, Ukraynanın yeni Baş naziri Sergey Koretski, Polşanın Baş naziri Donald Tusk və digər rəsmi şəxslərlə görüşməli idi.

Bazar gününə qədər davam edəcək "Karpat təşəbbüsü" sammiti Karpat regionunun səkkiz ölkəsinin - Avstriya, Çexiya, Macarıstan, Polşa, Rumıniya, Serbiya, Slovakiya və Ukraynanın nümayəndələrini bir araya gətirəcək. Onun məqsədi təhlükəsizlik, iqtisadiyyat və sərhədyanı əməkdaşlıq da daxil olmaqla bir sıra sahələrdə regional əməkdaşlığın dərinləşdirilməsidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026