• Bakı C

    7.82 m/s

  • USD - 1.7

    EUR - 2.0162

    RUB - 2.2434

Vəli Əkbər vəzifəsindən AZAD EDİLDİ - Yerinə bu şəxs gətirildi - FOTO

MEDİA

27 Yanvar 2026 | 00:36

Vəli Əkbər vəzifəsindən AZAD EDİLDİ - Yerinə bu şəxs gətirildi - FOTO

 “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri Rövşən Məmmədov Vəli Əkbəri İnformasiya Proqramları Studiyasının direktoru vəzifəsindən azad edib.

Bakıvaxtı.az Konkret.az-a istinadən xəbər verir ki, onun yerinə tanınmış jurnalist Nəcəf Həsənov gətirilib.

Qeyd edək ki, bir müddət əvvəl Vəli Əkbərin səhhətində ciddi problemlər yaşanıb. Onun ürək əməliyyatı keçirəcəyi bildirilir. Mənbənin verdiyi məlumata görə, o, Televiziya Akademiyasına prorektor təyin edilib. Vəli Əkbər  bildirib ki, o, səhhəti ilə əlaqədar öz ərizəsinə əsasən işdən ayrılıb.

Yeri gəlmişkən, Nazirlər Kabinetinin qərarına əsasən televiziyada belə bir struktur ləğv edilib.


SON XƏBƏRLƏR

26 Yanvar 2026