• Bakı C

    12.05 m/s

  • USD - 1.7

    EUR - 2.0162

    RUB - 2.2434

Hərbi çağırışçılar üçün yekun tibbi müayinələr elektron qaydada aparılır

CƏMİYYƏT

26 Yanvar 2026 | 15:40

Hərbi çağırışçılar üçün yekun tibbi müayinələr elektron qaydada aparılır

Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi qiymətləndirilməsi tam rəqəmsallaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədri Ramin Rzayev əlillik və reabilitasiya sahələrində aparılan islahatlar, hərbi xidmətə çağırılanların yekun tibbi müayinəsi sahəsində ötən il görülmüş işlər və 2026-cı ilin hədəflərinə həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib.

Sədr bildirib ki, 4 kateqoriya üzrə rəy verilmiş çağırışçılar Agentliyin Tibbi Qiymətləndirmə Mərkəzində elektron növbəlilik prinsipi əsasında peşəkar mütəxəssislər tərəfindən əyani müayinədən keçirilir. Qəbul edilən qərarlar elektron sistemə daxil edilir və çağırışçılar nəticələr barədə elektron qaydada məlumatlandırılırlar.

Ramin Rzayev əlavə edib ki, Agentlik tərəfindən icra olunan rəqəmsal və inklüziv layihələr, o cümlədən “Sənə özəl” platforması və “Səsiniz olaq” onlayn surdotərcümə xidməti əlilliyi olan şəxslərin xidmətlərə çıxışını daha da asanlaşdırıb və bu sahədə beynəlxalq səviyyədə də müsbət qiymətləndirilib.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR