• Bakı C

    12.05 m/s

  • USD - 1.7

    EUR - 2.0162

    RUB - 2.2434

Reabilitasiya xidmətləri və vasitələrinin təqdimatı 2025-ci ildə artıb

CƏMİYYƏT

26 Yanvar 2026 | 15:34

Reabilitasiya xidmətləri və vasitələrinin təqdimatı 2025-ci ildə artıb

Reabilitasiya xidmətləri göstərilənlərin və təqdim edilən vasitələrin sayı ötən illə müqayisədə nəzərəçarpacaq dərəcədə yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədri Ramin Rzayev əlillik və reabilitasiya sahələrində aparılan islahatlar, hərbi xidmətə çağırılanların yekun tibbi müayinəsi sahəsində ötən il görülmüş işlər və 2026-cı ilin hədəflərinə həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib.

Sədrin sözlərinə görə, son bir ildə Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 142 min şəxsə reabilitasiya xidmətləri göstərilib. Onlardan 78,6 min nəfər ambulator, 33,2 min nəfər isə stasionar və icma əsaslı reabilitasiya xidmətləri ilə təmin olunub. Bu kateqoriyadan olan 13,7 min şəxsə ümumilikdə 212 min reabilitasiya vasitəsi verilib.

Ramin Rzayev vurğulayıb ki, 2024-cü illə müqayisədə 2025-ci ildə reabilitasiya xidməti göstərilənlərin sayı 15 faiz, reabilitasiya vasitələri ilə təmin edilənlərin sayı 12,5 faiz, təqdim olunan reabilitasiya vasitələrinin sayı isə 2,2 dəfə artıb. Qarabağ Regional DOST Mərkəzində fəaliyyət göstərən “RehaPoint” Reabilitasiya Məntəqəsində isə 1,8 min şəxsə xidmət göstərilib.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR