Əlilliyi müəyyən olunmuş şəxslər poliklinikalara altı ayda bir çağırılır və müayinələrdən keçmələri tələb olunur. Əks halda onların əlillik statusunun ləğv ediləcəyi bildirilir.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Ramin Rzayev jurnalistlərə açıqlama verib.
Qeyd olunub ki, müraciətlərin və yoxlamaların həyata keçirilməsi yalnız vətəndaşların sağlamlıq vəziyyətinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş qaydada təşkil olunur:
“Məsələn, danışma və eşitmə əngəlli şəxslər üçün əlillik ömürlük təyin oluna bilər və onların statusu xüsusi qiymətləndirmələrdən asılı olmur. Yəni, bir neçə aydan bir ömürlük əlillik təyin olunmuş vətəndaşı yoxlanışa çağırmaq bizim üçün maraqlı deyil”.
Zeynəb Rzayeva
Bakı 




