• Bakı C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

Peskov: Rusiya Türkiyənin istəyini alqışlayır

DÜNYA

12 Dekabr 2025 | 14:27

Peskov: Rusiya Türkiyənin istəyini alqışlayır

"Rusiya Türkiyənin Ukraynada sülh yolu ilə nizamlanmanı təmin etmək istəyini alqışlayır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov jurnalistlərə deyib: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək Türkiyənin vasitəçilik fəaliyyətində iştirak etməyə və Ukraynada sülh prosesinə kömək etməyə hazır olduğunu və istəyini bildirib. Bu da ölkəmiz tərəfindən alqışlanır".

Rusiya prezidentinin mətbuat katibi onu da əlavə edib ki, Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda iştirak edən Orta Asiya ölkələrinin liderləri çıxışlarında Ukrayna məsələsinə çox az toxunublar. 


SON XƏBƏRLƏR