İsrail Qəzzanın şimalında “Zikim” sərhəd-keçid məntəqəsini açıb.
Bakıvaxtı.az “Al Arabiyya” kanalına istinadən xəbər verir ki, bu barədə İsrail ordusu nəzdində fəaliyyət göstərən COGAT (Ərazilərdə Hökumət Fəaliyyətinin Koordinasiyası) təşkilatı məlumat yayıb.
Bildirilib ki, sərhəd-keçid məntəqəsi humanitar yardımın Qəzza zolağına daxil edilməsi üçün açılıb.
Qeyd edək ki, bir müddət əvvəl sözügedən sərhəd-keçid məntəqəsi İsrail tərəfindən bağlanmış və bunun üçün heç bir səbəb göstərilməmişdi.
Bakı 



