• Bakı 17° C

    2.47 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Rusiya: Ermənistan Ukrayna taxılının xeyrinə bizim məhsuldan imtina etmək istəyir

DÜNYA

12 Noyabr 2025 | 12:49

Rusiya: Ermənistan Ukrayna taxılının xeyrinə bizim məhsuldan imtina etmək istəyir

Ermənistan siyasi səbəblərdən Moskvadan "uzaqlaşmaq" və taxılın bir hissəsini Ukraynadan almaq istəyir.

Bakıvaxtı.az-ın verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (XKX) mətbuat bürosu məlumat yayıb.

"Ermənistan uzun illər Rusiyadan taxıl alıb. İndi ermənilər, necə deyərlər, siyasi mülahizələrdən irəli gələrək "Moskvadan uzaqlaşmaq" və lazm olan taxılın bir hissəsini Ukraynadan almaq istəyirlər", - məlumatda deyilir.

Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, Rusiya buğdasının yükləndiyi 132 vaqon 2026-cı il yanvarın sonunadək Azərbaycan və Gürcüstan vasitəsilə dəmir yolu marşrutu ilə Ermənistana çatdırılacaq.


SON XƏBƏRLƏR