Fələstin prezidenti Mahmud Abbas və İsrailin baş naziri Binyamin Netanyahu Şarm əl-Şeyx Sülh Sammitində iştirak edəcəklər.
Bakıvaxtı.az xəbər verir ki, Sammitin məqsədi Qəzzada hücumların dayandırılması ilə bağlı razılaşmanı gücləndirmək və tərəflərin buna əməl öhdəliyini vurğulamaqdır.
Qeyd edək ki, tədbirdə Misir prezidenti Sisi, ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.
Sammit regionda sülh və sabitliyin möhkəmləndirilməsi üçün mühüm diplomatik addım kimi qiymətləndirilir.
Əli Hüseynov