• Bakı 16° C

    2.47 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Təyyarəyə minmədən əvvəl ona zəng edibmiş: "Qayıdırıq..." - FOTO

DÜNYA

12 Noyabr 2025 | 11:15

Təyyarəyə minmədən əvvəl ona zəng edibmiş: Qayıdırıq... - FOTO

Gürcüstan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsində şəhid olan kiçik zabitlər İlker Aykut və Berkay Karacanın ailələrinə acı xəbər çatdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, təyyarə texniki qərargah çavuşu İlker Aykut uçuşdan əvvəl atasına zəng edərək "Ata, qayıdırıq, tarlaları əkmisən?" deyib. Onun ailəsi ilə son telefon danışığı belə olub.

Qəza xəbəri ailəsinə Tekirdağda verilib, anası Zülbiyyə Aykut xəbərdən sonra xəstəxanaya aparılıb. 

Şəhid Berkay Karacanın Kırklarelidəki evinə isə Türkiyə bayrağı asılıb və başsağlığı çadırı qurulub.

Qeyd edək ki, Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarəsində olan ekipajın bütün üzvləri həlak olub. 


SON XƏBƏRLƏR