• Bakı 27° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

ABŞ lideri: “Neft qiymətləri sürətlə düşəcək”

İQTİSADİYYAT

05 May 2026 | 08:27

ABŞ lideri: “Neft qiymətləri sürətlə düşəcək”

ABŞ prezidenti Donald Tramp İrandakı münaqişə ilə bağlı açıqlamasında vəziyyətin “çox yaxşı getdiyini” bəyan edib.

Bakıvaxtı.az-ın LeFigaro.fr-ə istinadən verdiyi xəbərə görə, Tramp bildirib ki, İranda baş verən proseslər Vaşinqtonun planlarına uyğun şəkildə inkişaf edir.

O, həmçinin İran rəhbərliyinin məhv edildiyini iddia edərək, əməliyyatların uğurlu nəticələr verdiyini vurğulayıb. Bununla yanaşı, ABŞ prezidenti mövcud vəziyyətin qlobal enerji bazarına təsirinə də toxunub və yaxın günlərdə neft qiymətlərinin sürətlə düşəcəyini bildirib.

Ekspertlər isə belə açıqlamaların regionda onsuz da yüksək olan gərginliyi daha da artıra biləcəyini qeyd edirlər. Onların fikrincə, İrandakı vəziyyətin tam nəzarət altında olduğu barədə iddialar reallığı tam əks etdirməyə bilər və bu, informasiya müharibəsinin bir hissəsi kimi qiymətləndirilir.

Aydın


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Avqust 2026