• Bakı 17° C

    8.62 m/s

  • USD - 1.7

    EUR - 1.9802

    RUB - 2.3836

Azərbaycan-ABŞ iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri müzakirə olundu

İQTİSADİYYAT

02 Iyun 2026 | 15:34

Azərbaycan-ABŞ iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri müzakirə olundu

“Bakı Enerji Həftəsi” çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Orr ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən Bakıvaxtı.az-a bildirilib ki, görüşdə Azərbaycan və ABŞ arasında iqtisadi tərəfdaşlığın strateji inkişaf prioritetləri, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji, sənaye, süni intellekt, rəqəmsallaşma, kritik minerallar, mədənçilik və digər istiqamətlər üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Görüş zamanı regional bağlantıların gücləndirilməsinin iqtisadi aktivliyin artırılması baxımından mühüm rolu qeyd edilib. Azərbaycanın Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz və Yaxın Şərq regionlarını birləşdirən etibarlı platforma kimi mövqeyinin möhkəmləndirilməsi istiqamətində əməkdaşlıq potensialı diqqətə çatdırılıb.

Tərəflər iqtisadi əməkdaşlığın şaxələndirilməsinin, innovativ texnologiyaların tətbiqinin və özəl sektor arasında əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, qarşılıqlı maraq doğuran sahələrdə birgə fəaliyyətin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


SON XƏBƏRLƏR