İran-ABŞ sazişi gələn həftə yekunlaşdırıla bilər.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu bəyanatla ABŞ Prezidenti Donald Tramp çıxış edib.
Amerika lideri memoranduma daha bir neçə bəndin əlavə edilməsinin önəmini qeyd edib. O bildirib ki, sənədin əvvəlki variantını bu səbəbdən qəbul etməyib.
Donald Tramp ABŞ və İranın gələn həftə anlaşma memorandumunu yekunlaşdıra biləcəyini deyib.
"ABC News" ilə telefon danışığı zamanı sənədin nə vaxt razılaşdırılacağı barədə suala o, "Məncə, gələn həftədən bəhs edirsiniz", - deyə cavab verib.
Aydan Məlikməmmədova
BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi
Bakı 




