• Bakı 18° C

    17.22 m/s

  • USD - 1.7

    EUR - 1.9802

    RUB - 2.3836

“LANDAU School”un “Nərimanov” korpusu bağlanır?

CƏMİYYƏT

02 Iyun 2026 | 09:40

“LANDAU School”un “Nərimanov” korpusu bağlanır?

Son günlər valideynlər arasında Azərbaycanın özəl məktəblərindən biri olan “LANDAU School”un “Nərimanov” korpusunun bağlanacağı ilə bağlı müxtəlif şayiələr gəzir. Korpusun fəaliyyətini tamamilə dayandıracağı iddiası xüsusilə valideynlər arasında ciddi narahatlığa və geniş müzakirələrə səbəb olub.

Bu iddialar nə dərəcədə doğrudur? Korpus həqiqətənmi fəaliyyətini dayandırır?

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, yayılan məlumatlarda korpusun tamamilə bağlanacağı qeyd olunsa da, məsələ fərqli xarakter daşıyır.

Belə ki, aparılan araşdırma və əldə olunan rəsmi məlumatlar yayılan informasiyanın həqiqəti əks etdirmədiyi məlum olub. Məlumata görə, A.Çernyayevski küçəsi, 1A (“Funda”klinikasının yanı) ünvanında yerləşən “Nərimanov” korpusu fəaliyyətini dayandırmır. Dəyişiklik korpusun tədris modeli ilə bağlıdır. Belə ki, 2026/2027-ci tədris ilindən etibarən burada təhsil yalnız ingilis bölməsi üzrə təşkil olunacaq.İndiyədək korpus Azərbaycan və rus bölmələri üzrə fəaliyyət göstərsə də, yeni tədris ilindən etibarən tədris prosesi tam şəkildə ingilisdilli model əsasında qurulacaq.

Bəs “LANDAU School”da Azərbaycan və rus bölmələri ləğv olunur?

Bu cür dəyişikliklərdən sonra valideynləri düşündürən ən böyük sual ortaya çıxır: “LANDAU School”da ümumiyyətlə Azərbaycan və rus bölmələri mövcud olacaqmı, yoxsa bu bölmələr tamamilə bağlanır?

Bildirilib ki, “LANDAU School”da Azərbaycan və rus bölmələrinin ləğv edilməsi nəzərdə tutulmur. Hər iki bölmə fəaliyyətini məktəbin yeni “City Garden” korpusunda (Ünvan: İslam Abışov küçəsi, “City Garden Nərimanov” Yaşayış Kompleksi) davam etdirəcək.

Beləliklə, söhbət “Nərimanov” korpusunun bağlanmasından deyil, onun tədris istiqamətinin dəyişdirilməsindən gedir. Yeni tədris ilindən etibarən korpus yalnız ingilis bölməsi üzrə fəaliyyət göstərəcək, Azərbaycan və rus bölmələri üzrə tədris isə “City Garden” korpusunda davam etdiriləcək.


SON XƏBƏRLƏR

01 Iyun 2026