Rusiya, Çin və Donald Trampın MAGA hərəkatına bağlı sosial media hesabları Britaniya paytaxtına qarşı genişmiqyaslı dezinformasiya kampaniyası aparlır.
Bakıvaxtı.az xarici mediaya istinadən bildirir ki, bu iddiyla London meri Sadiq Xan çıxış edib.
Şəhər rəhbəri bu şəbəkələrin Londondakı cinayət hadisələrini qəsdən qabartdığını və şəhəri guya "şəriət qanunları ilə idarə olunan təhlükəsizlik məkanı" kimi təqdim etdiyini vurğulayıb. Sadiq Xan sosial şəbəkələrin alqoritmlərini də tənqid edərək, platformaların “neqativliyi gəlir mənbəyinə çevirdiyini” qeyd edib.
Mer yayılan bu narrativlərin Londonun qlobal maliyyə, turizm və investisiya nüfuzuna zərər vurmaq məqsədi daşıdığını bildirib.
Bununla belə, tənqidçilər hesab edirlər ki, Xan şəhərdəki real təhlükəsizlik problemlərinə görə məsuliyyəti xarici qüvvələrin və siyasi rəqiblərinin üzərinə atmağa çalışır.
Şəbnəm Ələsgərzadə
BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi
Bakı 




