• Bakı 18° C

    8.66 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik təşkil olunub - FOTOLAR

CƏMİYYƏT

01 Iyun 2026 | 22:34

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik təşkil olunub - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Sosial Xidmətlər Agentliyi, Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı və “Ballı” marketlər şəbəkəsinin təşəbbüsü ilə Qurban bayramı və 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə tədbiri keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə müxtəlif uşaq evlərində yaşayan 370 nəfərdən çox uşaq iştirak edib, onlar üçün maraqlı əyləncə proqramları, musiqili çıxışlar, interaktiv oyunlar təşkil olunub, uşaqlara xüsusi hədiyyələr təqdim edilib.

Tədbirin əsas məqsədi uşaqlara bayram ab-havası yaşatmaq, onların cəmiyyətə inteqrasiyasına dəstək olmaq, eyni zamanda dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində sosial məsuliyyət davranışı nümayiş etdirmək olub.

Tədbirdə uşaqların sosial rifahının yüksəldilməsi, onların mənəvi-psixoloji inkişafının dəstəklənməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə daim diqqət göstərilməsinin vacibliyi vurğulanıb. Bildirilib ki, bu kimi layihələr cəmiyyətin həssas təbəqələrinə göstərilən qayğının və humanist dəyərlərin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

Səmimi və yüksək əhval-ruhiyyə şəraitində keçən tədbir uşaqların sevinc dolu anlar yaşamalarına səbəb olub.


SON XƏBƏRLƏR