• Bakı 20° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Sumqayıtda yaşayış binasında yanğın

HADİSƏ

01 Iyun 2026 | 23:01 | Müəllif: Subhan Mahmudov

Sumqayıtda yaşayış binasında yanğın

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən ümumi sahəsi 45 m² olan mənzilin dəhlizində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1 m² sahədə ayaqqabı rəfi və bir ədəd elektrik yuvası yanıb.

Xəsarət alan olmayıb.

Mənzil yanğından mühafizə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR