• Bakı 17° C

    13.77 m/s

  • USD - 1.7

    EUR - 1.9802

    RUB - 2.3836

İranda daha üç nəfər asıldı - KRİTİK SƏBƏB

DÜNYA

02 Iyun 2026 | 12:10

İranda daha üç nəfər asıldı - KRİTİK SƏBƏB

İranda bu gün səhər 3 nəfər edam olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Mizan” məlumat yayıb.

Onlar ölkənin qərbi və şimalında yetkinlik yaşına çatmayanları zorlamaqda təqsirli bilinirlər.

İranda qətl və zorlama ölüm cəzası ilə cəzalandırılır. Müəyyən hallarda silahlı soyğunçuluq, casusluq, narkotik  qaçaqmalçılığı  və ya küfrə görə də edam həyata keçirilə bilər.

2024-cü ilin avqust ayında qərbdəki Qorve şəhərində 14 yaşlı oğlana təcavüz edən iki kişi Ali Məhkəmənin ölüm hökmünü qüvvədə saxlamasından sonra asılıb. Agentlik onların məhkəməsinin nə vaxt keçirildiyini dəqiqləşdirməyib.

Başqa bir halda, 2025-ci ilin avqust ayında Rəştdə (İranın şimalı) başqa bir kişi 10 yaşlı uşağı zorlayıb öldürdüyünə görə edam edilib.  “Amnesty International” da daxil olmaqla, insan haqları qruplarının məlumatına görə, İran Çindən sonra dünyada ən çox edam həyata keçirən ikinci ölkədir.

Norveçdə yerləşən İran İnsan Hüquqları və Ölüm Cəzasına Qarşı Birlikdə QHT-lərinin (ECPM) son hesabatlarına görə, İran hakimiyyət orqanları 2025-ci ildə ən azı 1639 nəfəri edam edib ki, bu da 1989-cu ildən bəri rekord göstəricidir.

Aydın


SON XƏBƏRLƏR

01 Iyun 2026