Gürcüstanın Bolnisi bələdiyyəsinin Dəmirli (Xaxalajvari) kəndində baş verən hadisənun bəi detalları məlum olub.
Bakıvaxtı.az 24News.ge-yə istinadla xəbər verir ki, hadisə ilə bağlı verilən məlumatlara görə, 42 yaşlı ana - Azərbaycan vətəndaşı Svetlana Əhmədova azyaşlı oğluna bıçaqla ölümcül xəsarətlər yetirib. Bildirilir ki, uşağın atası Gürcüstan vətəndaşıdır.
Güləver (Geta) ictimai məktəbinin direktoru açıqlamasında bildirib ki, Fərrux məktəbin nümunəvi və sakit şagirdlərindən biri olub:
"Fərrux çox mehriban və çalışqan uşaq idi. Qonşu kənddən məktəbimizə gəlirdi. Anasını tanıyırdıq, məktəblə əlaqədə olurdu. Heç vaxt şübhəli hal müşahidə etməmişik. Hadisənin səbəbi bizə məlum deyil. Ehtimal olunur ki, ananın psixoloji vəziyyəti bu hadisəyə təsir etmiş ola bilər”.
Məlumata görə, hadisədən sonra ailə üzvləri baş verəni gizlətməyə cəhd ediblər. Həmçinin bildirilir ki, qadın cinayətdən sonra intihara cəhd edib.
Faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən Cinayət Məcəlləsinin 109-cu maddəsi (azyaşlının ağırlaşdırıcı hallarda qəsdən öldürülməsi) ilə istintaq aparılır.
Qadın artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Hadisənin dəqiq səbəbləri araşdırılır.
***
11:19
Gürcüstanın Bolnisi bələdiyyəsinin Dəmirli kəndində mayın 31-də dəhşətli hadisə baş verib. Kənd sakini 42 yaşlı qadın yeddi yaşlı oğlunu qətlə yetirib.
Bakıvaxtı.az 24news.ge-yə istinadla xəbər verir ki, sosial şəbəkənin Gürcüstan seqmentində qətlə yetirilən uşağın fotosu yayılıb.
Bildirilib ki, 7 yaşlı Fərrux Əhmədovu anası qayçı ilə öldürüb. Psixi problemləri olan qadının özünə qəsd etməyə hazırlaşdığını görən balaca Fərrux anasını xilas etməyə çalışıb və kömək üçün nənəsini çağırmaq istəyib.
Bu zaman anası 42 yaşlı Svetlana Əhmədova oğlunun ürək nahiyəsindən qayçı ilə xəsarət yetirib. Hadisə zamanı yaxınlıqda qadının daha üç övladı, qətlə yetirilən Fərruxun iki qardaşı və bir bacısı da olub. Ailənin böyük övladı olan Fərrux qan itirdiyi üçün hadisə yerindəcə ölüb, ana hadisədən sonra qayçı ilə özünə də xəsarətlər yetirsə də, həkimlər tərəfindən onun həyatını xilas etmək mümkün olub.
Ailənin hadisəni gizlətməyə cəhd göstərdiyi bildirilir. Lakin qısa zamanda məlumat yayılıb, qadın Gürcüstan polisi tərəfindən saxlanılıb.
Hadisə ilə bağlı danışan kənd sakinləri ailədə heç bir münaqişə olmadığını, ailə daxilində heç zaman hər hansı mübahisə görmədiklərini bildiriblər:
"Gecə eşitdik ki, qonşumuz Svetlana oğlunu qayçı ilə öldürüb. Evdə mərhum uşaqdan başqa digər azyaşlı övladları da olub. Bildiyimə görə, uşaqların gözü qarşısında mətbəxdən qayçı götürərək Fərruxun ürəyinə vurub".
Bakı 





