• Bakı 17° C

    8.66 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Medvedyev Paşinyanı HƏDƏLƏDİ

DÜNYA

01 Iyun 2026 | 21:10

Medvedyev Paşinyanı HƏDƏLƏDİ

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev Ermənistanın Baş naziri Nikol Paşinyanın həm Avrasiya İqtisadi İttifaqında qalmaq, həm də Avropa Birliyinə inteqrasiya kursunu eyni vaxtda davam etdirmək cəhdlərini tənqid edib.

Bakıvaxtı.az Moderm.az-a istinadən xəbər verir ki, Medvedyev bu barədə paylaşımında yazıb.

O bildirib ki, Paşinyanın Ermənistanın hansı inteqrasiya birliyində yer almalı olduğu ilə bağlı referendum məsələsinə yanaşması ona Lev Trotskini xatırladır.

“Yoldaş Nikol, yoldaş Lev Trotskinin təhlükəli cığırı ilə gedib. Ermənistanın Aİİ-də, yoxsa Avropa Birliyində qalması ilə bağlı referendum çağırışlarına cavab olaraq Trotskinin məşhur formulasını tətbiq edib:

“Nə müharibə, nə sülh, ordunu isə buraxmaq”. Yəni referendum keçirməyəcəyik, bizi AB-yə çağırana qədər gözləyəcəyik, sonra isə Avropaya qaçacağıq”, – deyə Medvedev bildirib.

Rusiya rəsmisi əlavə edib ki, Ermənistan bu müddətdə Aİİ üzvlüyünün verdiyi üstünlüklərdən istifadə etməyə davam edir.

Medvedyev, həmçinin Trotskinin siyasi yolunun faciəvi sonluqla bitdiyini xatırladaraq, Paşinyanın siyasətinə eyham vurub.


SON XƏBƏRLƏR