• Bakı 18° C

    13.77 m/s

  • USD - 1.7

    EUR - 1.9802

    RUB - 2.3836

Paşinyan Putinlə son telefon danışığını müsbət qiymətləndirib

SİYASƏT

02 Iyun 2026 | 13:55

Paşinyan Putinlə son telefon danışığını müsbət qiymətləndirib

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə son telefon danışığının müsbət keçdiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan bunu “İzvestiya”ya deyib.

    “Dünən Rusiya Prezidenti ilə danışdım, əlbəttə ki, zənginə görə ona təşəkkür etdim. Məni ad günüm münasibətilə təbrik etmək üçün zəng etdi. Biz aktual məsələləri müzakirə etdik və söhbətimiz müsbət oldu”, — Baş nazir qeyd edib.

    Xatırladaq ki, iyunun 1-də Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.


    SON XƏBƏRLƏR

    01 Iyun 2026